BAKI, 13 dekabr — Sputnik. Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişel dekabrın 14-ü Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşlər keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Brüsseldə jurnalistlərə açıqlamasında Aİ-nin adı çəkilməyən yüksəkvəzifəli nümayəndəsi bildirib.
"Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Sabah axşam isə onlarla üçtərəfli görüş keçirəcək", - deyə nümayəndə bildirib.
Diplomatın sözlərinə görə, qarşıdakı görüşün məqsədi bu iki ölkə ilə birbaşa təmas qurmağa və münasibətləri yaxşılaşdırmağa kömək etməkdir:
"Biz bir neçə həftə əvvəl iki ölkənin müdafiə nazirlikləri arasında birbaşa əlaqənin çox uğurlu olmasına əsaslanaraq Ermənistan və Azərbaycan arasında inam səviyyəsini artırmaq üçün onlarla səylə çalışırıq".
Üçtərəfli görüşün yekunları üzrə birgə bəyanat ictimaiyyətə təqdim olunacaq.
Həmçinin oxuyun:
Naxçıvan və Xankəndiyə dəmiryolu nə zaman çəkiləcək?