BAKI, 13 dekabr — Sputnik. Koronavirusa yoluxan Azərbaycanın tanınmış diktoru, Xalq artisti Eldost Bayram başqa xəstəxanaya köçürülüb.
Bu barədə Sputnik Azərbaycan-a sənətçinin dostu Giya Paçxataşvili məlumat verib.
O bildirib ki, 74 yaşlı Xalq artisti Zığ qəsəbəsindəki modul tipli xəstəxanadan dekabrın 9-da sağalma diaqnozu ilə çıxıb. Amma özünü yaxşı hiss etmədiyinə görə yenidən Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Bir aydan çoxdur ki, xəstədir. Vəziyyəti ağır olduğundan süni tənəffüs aparatına qoşulmuşdu. Həkimlərin dediyinə görə, indi normaldır. Sabah ayıracaqlar".
Qeyd edək ki, E.Bayram koronavirusa yoluxduğu üçüт bu il noyabrın 30-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, bir müddətdən sonra sağalaraq palataya köçürülmüşdü.
Eləcə də oxuyun:
* Ciddi xəstəliyi aşkarlandığı deyilən Xalq artisti: "Ayın 30-da tamaşam var"