SƏHİYYƏ

Bəzi şəxslərə "Əks-göstəriş sertifikatı” elektron qaydada veriləcək

Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin "Əks-göstəriş sertifikatı" da artıq "Elektron səhiyyə" mobil tətbiqinə inteqrasiya edilib.
Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aşağıda qeyd olunan vətəndaşlar bu tətbiq vasitəsilə "Əks-göstəriş sertifikatı"nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər.
- Hamilə qadınlar
- Dağınıq sklerozdan əziyyət çəkənlər
- Süd verən analar
Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.
Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.
Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.
Eləcə də oxuyun:
* COVID sertifikatı hansı hallarda verilmir?
* Xəstəlikdən sonra 1-ci dozanı almışların peyvənd sertifikatı müddətsiz olacaq
* Hökumət peyvənd, əks göstəriş və immunitet sertifikatlarının formasını təsdiqlədi