BAKI, 12 dekabr - Sputnik. Həkim-immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov peyvənd olunmuş insanlardan koronavirusa yoluxmaq ehtimalını dəyərləndirib.
"Vaksin olunmamış adam özü də COVID-19-a yoluxa, sonra daha on nəfəri yoluxdura bilər. Peyvənd olunmuş adam da yoluxa bilər, ancaq onun daşıdığı risk daha azdır. O da başqalarını yoluxdura bilər, amma bu, yüz nəfərdən biri ola bilər", - həkim Sputnik radiosunun efirində deyib.
Mütəxəssisin sözlərinə görə, peyvənd olunmuş adam COVID-19-a yoluxsa belə, ətrafında "yoluxdurucu bulud" yaratmır.
SARS-CoV-2-yə qarşı peyvənd olunmuşlarda koronavirusun əlamətlərinə gəlincə, bunlar elə peyvənd olunmamışlardakı kimidir: zökəm, öskürək, halsızlıq, boğazda qıcıqlanma, zəif və ya yüksək temperatur.
Eləcə də oxuyun:
* Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər
* Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı
* Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir
* Baş infeksionist: Canlı peyvəndlə bağlı araşdırma yekunlaşmayıb