SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisin boş qalan yerlərinə seçkilər keçiriləcək

Sputnik
BAKI, 12 dekabr - Sputnik. Milli Məslisdə boş qalan yerlərə seçkilərin keçirilməsi, yəqin ki, yaxın vaxtlarda mümkün olacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır: "Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq", - deyə o bildirib.
"Demək olar ki, bütün dairələr üzrə işlər tamamlanıb. Ancaq bəzi dairələrdə toplantı keçirilib, təsdiqlənmə qalıb", - deyən Pənahov xatırladıb ki, sahə seçki komissiyalarının formalaşdırılmasını dairə seçki komissiyaları həyata keçirir.
MSK sədri bildirib ki, bu prosesi daim nəzarətdə saxlayırlar.
Qeyd edək ki, hazırda parlamentdə beş deputat yeri boşdur. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçki zamanı ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
Həmçinin 116 saylı Qəbələ seçki dairəsindən seçilmiş Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişdiyindən onun da yeri boşdur.