İDMAN

Cüdoçumuz Çempionlar Liqasının gümüş medalını qazanıb

Orucovun komandasının rəqibi Rusiyanın "Yavara-Neva" klubu olub.
Sputnik
BAKI, 12 dekabr - Sputnik. Parisdə keçirilən cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası başa çatıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Rüstəm Orucov (73 kq) Serbiyanın “Red Star” klubunun heyətində gümüş medal qazanıb.
Onların rəqibi Rusiyanın "Yavara-Neva" klubu olub. Rüstəm final görüşündə Mahmadbek Mahmadbekovla qarşılaşıb və uduzub.
Yarışda bürünc medalları Almaniyanın "Abensberq" və Gürcüstanın "Qolden Qori" klubları qazanıblar.
Qeyd edək ki, Rüstəm Orucov Rio Olimpiadasının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.