SƏHİYYƏ

COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər

Həkim deyir ki, xəstələr uzun müddət antikoaqulyant içirlər və bu fonda hemorragik insult baş verir.
Sputnik
BAKI, 12 dekabr - Sputnik. COVID-19 xəstəliyindən sonra trombların əmələ gəlməməsi üçün profilaktika niyyətilə istifadə olunan qandurulducu dərmanlar insulta səbəb ola bilər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ura.ru-ya müsahibəsində immunoloq İrina Yartseva deyib.
"COVID-19-dan sonra uzun müddət qandurulducu dərmanlardan istifadə etmək olmaz, çünki onlar heç də hamı üçün nəzərdə tutulmayıb. Yəni o halda təyin olunur ki, adam xəstəxanaya yerləşdirilsin, stasionarda qalsın, ağırlaşmaları müşahidə olunsun və həkimi də müvafiq müalicə yazsın", - o deyib.
Həkim deyir ki, xəstələr uzun müddət antikoaqulyant içirlər və bu fonda hemorragik insult baş verir.
Tibb elmləri doktoru Sergey Tokarev də vaksindən əvvəl qandurulduculardan istifadə hallarının artdığını qeyd edib.
"İnsanlar internetdəki şübhəli məlumatlara inanır və özünümüalicə ilə məşğul olurlar - məsələn, vaksindən bir həftə əvvəl özləri özlərinə qandurulducu təyin edirlər, vaksinə gələndə ilkin müayinə vaxtı həkimlər qanaxma, qançır müşahidə edirlər", - doktor deyib.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, pandemiya yayılandan 268 milyon adam COVID-19-a yoluxub, bunlardan 5.3 milyonunu xilas etmək mümkün olmayıb. Ən çətin vəziyyət ABŞ, Hindistan, Braaziliya, Böyük Britaniya və Rusiyadadır.
Eləcə də oxuyun:
* Vaksin olunmuşlardan yoluxma ehtimalı
* Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər
* Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı
* Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir
* Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi
* Baş infeksionist: Canlı peyvəndlə bağlı araşdırma yekunlaşmayıb