HADİSƏ

Yevlaxda qəribə qəza: Körpüdən magistral yola düşə bilmədi, maşın aşdı

Yevlaxın Aran qəsəbəsində aşan "MAN" markalı avtomobilin daşıdığı tonlarla çiyid yola dağılıb.
Sputnik
BAKI, 11 dekabr — Sputnik. Yevlaxda qəribə yol qəzası baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.
"MAN" markalı avtomobil aşıb
Belə ki, qəsəbə ərazisində yerləşən körpüdən magistral yola düşməyə çalışan yük avtomobilinin sürücüsü sükana hakimiyyəti itirib. Bu zaman "MAN" markalı avtomobil aşıb, daşıdığı yük isə yola dağılıb. Qəza zamanı sürücü xəsarət almasa da, onun avtomobilinə ciddi ziyan dəyib.
Eyni zamanda avtomobilin yük yerinə yığılan tonlarla çiyid yola dağılaraq yarasız hala düşüb. Hadisənin başvermə səbəbləri araşdırlır.
Həmçinin oxuyun:
Gəncədə ağır yol qəzası: ölənlər və xəsarət alanlar var
Xaçmazda avtomobil qəzası - bir nəfər həlak olub