İQTİSADİYYAT

Azərbaycan əhalisi bu il içki və siqaretə 2 mlrd. manat xərcləyib

Cari ilin təkcə noyabr ayında sözügedən göstərici 173,4 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 8,2% azdır.
Sputnik
BAKI, 11 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1,909 mlrd. manat xərclənib.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,4% artıb. Cari ilin təkcə noyabr ayında sözügedən göstərici 173,4 mln. manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 8,2% azdır.
Qeyd edək ki, 2020-ci ildə isə ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 168,5 mln. manatlıq içkilər və tütün məmulatları satılıb. Bu göstərici əvvəlki illə müqayisədə 0,5% artmışdı.
Azərbaycanda papiros və siqaret istehsalı kəskin artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 10 milyard 395,5 milyon ədəd papiros və siqaret istehsal edilib ki, bu da illik müqayisədə 80,3% artıb. Eyni dövrdə Azərbaycanda 853,8 milyon ədəd hazır papiros və siqaret ehtiyatı yaranıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1972,3 ton fermentləşdirilmiş tütün istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,9% azdır. Hesabat dövründə ölkədə 1433,8 ton hazır fermentləşdirilmiş tütün ehtiyatı yaranıb.
Siqaret idxalı azalıb
2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün ixracı 34,1 faiz azalıb. 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2021-ci ilin yanvar-avqust aylarında siqaret idxalı 17,5 faiz azalıb. 2021-ci il oktyabrın 1-nə kimi sahələrdən 4,8 min ton (1,5 faiz çox) tütün yığılıb.
Həmçinin oxuyun:
Siqaret və arağın aksiz dərəcələri artırılır
Geridə qalmışların həvəsi - Zərərli trend Azərbaycanda qadınları da haqladı
Siqaret, COVID-19 peyvəndindən sonra antitel səviyyəsini aşağı salır
Mütəmadi tütün tüstüsü udan uşaqlar daha tez qocalırlar