İDMAN

"Qarabağ" futbolçuları ilk beşliyə düşüb

Kapitan Medvedev 51 dəfə top almağa müvəffəq olub və bu göstəricidə ikinci pillədə qərarlaşıb. Rəqiblərindən 44 dəfə top "oğurlayan" Medina isə Qazaxıstan "Kayrat"ındakı Frank Banyakla birgə 5-6-cı yerləri bölüşdürür.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. UEFA Konfrans Liqasında qrup mərhələsinin VI tur oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçuları Maksim Medvedev və Kevin Medina ən çox top qazananların siyahısında yer alıb.
Kapitan Medvedev 51 dəfə top almağa müvəffəq olub və bu göstəricidə ikinci pillədə qərarlaşıb. Rəqiblərindən 44 dəfə top "oğurlayan" Medina isə Qazaxıstan "Kayrat"ındakı Frank Banyakla birgə 5-6-cı yerləri bölüşdürür.
Çexiya "Yablonets"indən Yaroslav Zeleni (61) bu nominasiyada ilk sıradadır.
Qeyd edək ki, "Qarabağ" son turda İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzub.
Həmçinin oxuyun:
"Qarabağ" UEFA-nın konfrans liqasında ilk dəfə məğlub oldu