DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtaliyada vaksin sertifikatı olmadan ictimai nəqliyyatdan istifadə edənlər cərimələnirlər

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunub.
Sputnik
BAKI, 8 dekabr - Sputnik. İtaliyada dekabrın 6-dan qüvvəyə minən yeni qaydalar çərçivəsində vaksin sertifikatı olmadan ictimai nəqliyyatdan istifadə edənlər cərimələnirlər. Bu barədə Sputnik Azərbaycvan AZƏRTAC-a istinadən xəbər verir.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən gün polis 132 min 807 nəfərin sənədlərini yoxlayıb. Onlardan 611-i vaksin sertifikatı olmadığı, 3535 nəfəri isə tibbi maskadan istifadə etmədiyi üçün sanksiyaya məruz qalıb.
Qeyd edək ki, “Super yaşıl keçid kartı” (“Super green pass”) adlandırılan yeni qaydalar yanvarın 15-dək qüvvədə olacaq.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunub.
Həmçinin oxuyun:
* Həkim “buster” dozanın xüsusiyyətləri barədə: yan təsirləri...
Azərbaycanda karantin qaydaları sərtləşdiriləcək?