CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyada başlayan mübahisə Tovuzda qanla bitdi

Bıçaqlanan qardaşlardan biri hadisə yerində ölüb digəri isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Sputnik
BAKI, 8 dekabr - Sputnik. Tovuzda həmkəndlilər aralarında əvvəldən olan mübahisə qanlı sonluqla bitib. Çay evində olan qısa mübahisə bir qardaşın ölümü, digərinin ölümlüc xəsarət alması ilə nəticələnib.
Rayonun İbrahimhacılı kəndində həmkəndlilər arasında düşən mübahisə zamanı kənd sakini 40 yaşlı Maksim Əhmədov, həmkəndliləri 57 yaşlı Ənvər və 61 yaşlı Fərman Əlirzayevləri bıçaqlayıb.
Cinayətin baş verdiyi hadisə yeri
Nəticədə Ə.Əlirzayev ürək nahiyəsindən aldığı zərbənin təsirindən hadisə yerində dünyasını dəyişib. F.Əlirzayev isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq dəyərləndirilir. Hadisəni törədən M.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Kənd sakinlərinin bildiridiyinə görə qanlı hadisəyə, hər iki tərəfin Rusiyada yaşayan ailə üzvlərinin arasında olan mübahisə səbəb olub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Həmçinin oxuyun:
Ağstafada şagirdin bıçaqlanması ilə bağlı direktor danışdı: On gün idi, dərsə gəlmirdi