BAKI, 8 dekabr — Sputnik. Azərbaycan pandemiyadan güclü adaptasiya ilə çıxdı və bu adaptasiyanı şərtləndirən rəqəmsallaşma prosesləri ölkədə sürətlə davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən "Mastercard" şirkətinin Azərbaycandakı nümayəndəsi Erdem Çakar deyib.
Onun sözlərinə görə, əgər əvvəllər Azərbaycanda bazarın 80 faizində təmassız və ya telefonlar vasitəsi ilə ödənişlər etmək mümkün idisə, hazırda bir sıra texnologiyaların ölkədə tətbiqi nəticəsində bazar tam əhatə olunub.
"Bu il "Mastercard"la Mərkəzi Bank arasında 5 illik yeni saziş imzalanıb. Bununla da nağdsız Azərbaycanı bir addım da irəliyə - "Rəqəmsal Azərbaycan"a doğru aparacağıq. Bu layihə artıq 2021-ci ildə ödəniş sistemlərinə bir sıra yeniliklər gətirib və gətirməyə də davam edəcək. Əslində Azərbaycanın ödəniş sistemləri özü kimi pandemiyadan güclü bir şəkildə çıxa bilib", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq kart təşkilatları ilə effektiv əməkdaşlıq çərçivəsində "Mastercard" ilə bu ilin aprelində anlaşma memorandumu imzalayıb.
Həmçinin oxuyun:
Azərbaycan Mərkəzi Bankından banklara çağırış: Sərmayələri artırın
Banklara axın: AMB sədri isə manatın təhdid və təzyiq altında olmadığını deyir
Devalvasiya olacaqmı? Elman Rüstəmovdan açıqlama
Türk lirəsi tarixi antirekordu yenilədi - Mərkəzi Bank sərt qərar qəbul etdi
Türk lirəsindən daha bir antirekord