BAKI, 8 dekabr — Sputnik. İnnovativ texnologiyaların geniş vüsət alması fonunda ötən bir neçə il ərzində rəqəmsal transformasiya prosesi daha da sürətlənib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası rəqəmsallaşmanın bizneslərin dayanıqlığının artırılması və onların rəqabət qabiliyyətinin, eləcə də satış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini əyani şəkildə göstərmiş oldu:
"Praktik baxımdan, təsisatlar təqdim etdikləri məhsul və ya xidmət müqabilində ödəniş qəbul etməyə başladığı andan artıq biznes fəaliyyəti ilə məşğul olurlar. Ödənişlər biznes prosesinin yekun mərhələsi olsa da, rəqəmsal transformasiya üçün ilkin addım ola bilər. Belə ki, bizneslər üçün rəqəmsal transformasiya ödənişlərdən başlaya bilər və daha sonra digər xidmət təminatı sahələrini də əhatə edə bilər".
Orxan Məmmədov onu da əlavə edib ki, nağdsız ödənişlər kifayət qədər çoxsaylı üstünlüklərə malikdir:
"Faktiki olaraq, nağd ödənişlərə üstünlük verən ölkələr daha aşağı inkişaf tempinə malik olur və maliyyə sisteminin təqdim etdiyi əksər imkanlardan faydalana bilmir. Əksinə olaraq, rəqəmsal iqtisadiyyata malik ölkələr daha çox uğurlar əldə edir və mütəxəssislərin rəyinə əsasən, rəqəmsal ödənişlərə keçid ÜDM-in illik əsasda 3 faiz bəndi qədər artımına gətirib çıxara bilər".
Həmçinin oxuyun:
Azərbaycan Mərkəzi Bankından banklara çağırış: Sərmayələri artırın
Banklara axın: AMB sədri isə manatın təhdid və təzyiq altında olmadığını deyir
Devalvasiya olacaqmı? Elman Rüstəmovdan açıqlama
Türk lirəsi tarixi antirekordu yenilədi - Mərkəzi Bank sərt qərar qəbul etdi
Türk lirəsindən daha bir antirekord