BAKI, 8 deakbr - Sputnik. “Türk lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri mümkün deyil”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında V Beynəlxalq Bankçılıq Forumunda iştirak edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Alim Quliyev deyib.
“Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var. Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil”, - o, əlavə edib.
Qeyd edək ki, son günlər türk lirəsi ciddi dəyər itirir. Hazırda 1 lirə 12 Azərbaycan qəpiyidir.
Dekabrın 8-də Bakıda V Beynəlxalq Bankçılıq Forumu işinə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, "Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı" mövzusunda keçirilən forum "MasterCard"ın tərəfdaşlığı ilə baş tutub.
Forumda "Rəqəmsal bank", "Hər cihazda bankçılıq", "Platforma bankçılığı və rəqəmsal ekosistem", "İnnovativ ödəniş ekosistemi", "Rəqəmsal valyutalar: mərkəzi banklara gedən yol", "Blokçeyn texnologiyası: maliyyə xidmətlərində tarixi layihələr", "Təkmilləşən ekommersiya: artan tələb", "Komplaynsa fokuslanma", "Distant bankçılıq: təhlükəsiz identifikasiya", "Yeni normal: yeni kibertəhlükəsizlik trendləri" mövzuları ətrafında müzakirələr aparılacaq.
Forum dekabrın 9-da işini davam etdirəcək.
Həmçinin oxuyun:
Banklara axın: AMB sədri isə manatın təhdid və təzyiq altında olmadığını deyir
Devalvasiya olacaqmı? Elman Rüstəmovdan açıqlama
Türk lirəsi tarixi antirekordu yenilədi - Mərkəzi Bank sərt qərar qəbul etdi
Türk lirəsindən daha bir antirekord