BAKI, 8 dekabr — Sputnik. Azərbaycan və Türkiyə arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyə Səfirliyinin “Twitter” səhifəsində bildirilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan səfiri Rəşad Məmmədov Türkiyənin nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu ilə görüşüb. Görüş zamanı Azərbaycan və Türkiyə arasında nəqliyyat və logistik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanla qardaş ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq daha da sıxlaşdırılır.
Xatırladaq ki, Türkiyənin Qarabağda seysmik stansiyaların quraşdırılmasına dəstək verəcəyi də müzakirə olunub. Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqan yardımçısı İsmayıl Palakoğlu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində keçirilən görüşdə bu haqda məlumat vermişdi.
Həmçinin oxuyun:
Azərbaycan və Türkiyə XİN rəhbərləri üçtərəfli bəyanatların icrasını müzakirə edib