İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankından banklara çağırış: Sərmayələri artırın

Vüsal Qasımlı bildirib ki, “Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın 25%-i icra edilməyib.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Azərbaycanda kartlarla həyata keçirilən təmassız ödənişlərin sayı və həcmi bu ilin 10 ayı ərzində müvafiq olaraq 3,9 və 6,3 dəfə artıb.
Bu barədə Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.
Quliyev bildirib ki, ölkədə rəqəmsallaşma yönümlü tədbirlər nəticəsində cari ilin on ayında kartlarla aparılan ödənişlərin həcmi illik 74 faiz artaraq 8,6 milyard manata çatıb.
Onun sözlərinə əsasən, banklar rəqəmsal transformasiyaya uyğunlaşmalı və bu sektora sərmayələri artırmalıdır. AMB rəsmisi vurğulayıb ki, nağdsız ödənişlərin ümumi kartlara ödənişlərin həcmində payı 30%-ə çatır.
“2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində planlaşdırılmış tədbirlərin 70,3%-nin icrası yekunlaşıb, 4,6%-i qismən icra olunub, 25,1 %-i isə icra olunmamış hesab edilir. Proqramın 3 il ərzində ümumi icra nəticəsi 73% səviyyəsində qiymətləndirilir. Proqram çərçivəsində rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması 83%, bank sektorunun yenidən canlandırılması 54,5%, rəqəmsal ekosistemin formalaşdırılması 70%, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi 100% icra olunub".
Bu fikirlər isə sözgedən tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıya məxsusdur.

Həmçinin oxuyun:

Banklara axın: AMB sədri isə manatın təhdid və təzyiq altında olmadığını deyir
Devalvasiya olacaqmı? Elman Rüstəmovdan açıqlama
Türk lirəsi tarixi antirekordu yenilədi - Mərkəzi Bank sərt qərar qəbul etdi
Türk lirəsindən daha bir antirekord