CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Məşğulluq haqqında" qanuna dəyişiklik edilir

Sənəddə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər üçün yeni müddəalar irəli sürülür.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. "Məşğulluq haqqında" qanuna dəyişiklik edilir.
Sputnik Azərbaycan xəbər verir ki, təklif edilən dəyişikliyə əsasən, sənəddə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar irəli sürülür.
Qeyd edək ki, dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Dəyişiklik Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Eləcə də oxuyun:
* Regionlarda vahid əlaqələndirmə mərkəzləri işə başlayacaq
* Uşaqlarını tək böyüdən qadınlar üçün sosial müəssisə yaradılacaq
* İş yox, etibar yox, amma kredit var - Azadlığa çıxanlar başlarına nə çarə qılsınlar?
* SOCAR işçilərin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib