RUSİYA

Kreml Putin-Bayden görüşü barədə: Dəyişiklik olmayacaq

Peskov eyni zamanda ABŞ-ın Rusiyaya qarı yeni sanksiyalar tətbiq etmək planlarına dair KİV-də gedən məlumatları şərh etməyib.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Amerika tərəfindən neqativ fona baxmayaraq, Moskva dialoqa köklənib. Sputnik Azərbaycan "Rİa Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezident Putinin diplomatik dünyagörüşü məhz buna əsaslanır. O, danışqıalra hazırdır, lakin danışıq qarşılıqlı hörmət əsasında aparılmalıdır və söhbətdə tərəfdaşlar yenə də bir-birlərinin maraqlarını və narahatlıqlarını nəzərə almalıdırlar", - deyə Peskov jurnalistlərə bildirib.
Kreml rəsmisi bildirib ki, Rusiya lideri "emosiyalarla deyil, milli maraqlardan çıxış edərək" söhbət edir.
Peskov eyni zamanda ABŞ-ın Rusiyaya qarı yeni sanksiyalar tətbiq etmək planlarına dair KİV-də gedən məlumatları şərh etməyib.
Kreml rəsmisi qeyd edib ki, Putin – Bayden görüşündə dönüş olmayacaq:
"Dəyişiklik gözləmək lazım deyil. Bu, indiki mürəkkəb mərhələdə keçiriləcək işgüzar dialoq olacaq".
Qeyd edək ki, dekabrın 7-də ABŞ və Rusiya prezidentləri Cozef Bayden və Vladimir Putin arasında videozəng formatında görüş keçiriləcək.
Bir müddət əvvəl bildirilmişdi ki, dövlət başçılarının iki sammiti keçiriləcək. Onlardan biri 2021-ci ilin sonunda onlayn formatda, digəri isə 2022-ci ildə üz-üzə baş tutacaq.
Danışıqlarda əsasən, Avropa və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur.
Həmçinin oxuyun:
Putinlə Baydenin görüşü nə vəd edir?
Putin Cenevrədə mətbuat konfransında nələrdən danışdı?
Rusiya lideri Baydeni "peşəkar" adlandırdı - RF prezidentinin görüş təəssüratları
Rusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə birgə bəyanatı