BAKI, 7 dekabr — Sputnik. Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesinə başlanılır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Turizm Bürosuna bununla bağlı sertifikasiya hüququ verilib.
"Bələdçilik turizmin ümumi inkişaf zəncirində mühüm halqalardan biridir. Bu gün peşəkar bələdçilərə böyük ehtiyac var. Müxtəlifdilli bələdçilərin hazırlanması üçün müxtəlif təlimlər keçirilib. Proses akreditasiya sisteminə və beynəlxalq standartlara uyğun şəkildə aparılacaq. "Turizm haqqında" yeni qanunda bələdçilərin sertifikatlaşdırılmasının hüquqi əsasları da əksini tapıb. Bələdçilərin reysteri aparılacaq", - F.Nağıyev deyib.
Agentlik sədri həmçinin bildirib ki, turizm bələdçilərinə sertifikatlar 3 il müddətinə veriləcək:
"Bunun ilkin və təkrar sertifikatlaşma kimi iki növü var: "Hər üç ildən bir bu sənəd yenilənməlidir. Bununla kiminsə fəaliyyətinə məhdudiyyət qoyulmur. Məhdudlaşdırma sadəcə mütərəqqi xarakteri daşıyır və turizmin inkişafı etdirilməsi üçündür".
Qeyd edək ki, Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesinə başlanılır. Azərbaycan Turizm Bürosuna bununla bağlı sertifikasiya hüququ verilib.
Həmçinin oxuyun:
Azərbaycanın turizm sahəsi 2 milyard manat itirib, ancaq yenidən dirçəlməyə hazırdır
Turistləri Azərbaycandan didərgin salan səbəb - Aviabiletlərin qiyməti göydə uçur