MƏDƏNİYYƏT

UNESCO işğaldan azad olunan ərazilərə missiyasını nə vaxt göndərəcək?

Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. UNESCO Azərbaycanın işğaldan azad edilən ərazilərinə və Qarabağa faktaraşdırıcı missiya göndərmək üzərində işləyir. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, bu barədə təşkilatın Mətbuat Xidmətindən bildirilib.
"Hazırda Qarabağda bu missiyanın təşkili üzərində işləyirik. Ümid edirik ki, bu, tezliklə mümkün olacaq, lakin hazırda lazımi şərait yoxdur. Mövzu ilə bağlı ətraflı məlumat əldə etməyə çalışırıq", - UNESCO-dan məlumat verilib.
Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov sonuncu çıxışlarında UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı danışıqların davam etdirildiyini bildirib: "Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb. Məsələ ilə bağlı UNESCO qərar verməlidir. Biz onların bu məsələdə ədalətli və qərəzsiz mövqe tutmalarını gözləyirik".
Eləcə də oxuyun:
* Azərbaycan UNESCO-nun komitəsinə üzv seçilib
* ABŞ səfiri: "UNESCO azad olunan ərazilərə missiya təşkil etməlidir"
* Nazir ermənilərin Şuşadan oğurladıqları xalçaların geri qaytarılması barədə
* Ceyhun Bayramov Fransada erməniləri rüsvay etdi
* Azərbaycan şəhəri yeməkləri sayəsində UNESCO-nun siyahısına düşdü