CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınları yüksək maaşlı iş adı ilə aldadaraq Türkiyəyə aparıb satan şəxsə hökm oxundu

Məhkəmənin hökmünə əsasən, qadınları Türkiyəyə apararaq orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Sabirabad rayon sakini Kəmalə Cəfərova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq Konya şəhərinə aparan şəxs tutulub.
DİN-in Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qadınları Türkiyəyə apararaq orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Sabirabad rayon sakini Kəmalə Cəfərovanın Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən, K.Cəfərova Cinayət Məcəlləsinin həmin maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, bu il noyabrın 3-də Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Xaçmaz rayon sakinini həbs edib.
Xaçmaz rayon sakini Əlimuradova Nurəsdə Nusrəddin qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə sərhədindən kənara çıxararaq cinsi istismara məruz qoyması faktı DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən, Quliyeva Aytəkin Vaqif qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.3, 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Həmçinin oxuyun:
Xaçmazlı qadın alverçisi həbs edildi
İnsan alveri qurbanları arasında kişilər də var - Rəsmi