BAKI, 6 dekabr — Sputnik. Azərbaycanda istirahət günləri - dekabrın 4-ü və 5-də yeddi yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin həftəsonu baş verən yol qəzaları ilə bağlı statistikasında deyilir. Yol qəzaları nəticəsində 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Qeyd edək ki, ötən həftəsonu Gəncədə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Cavadbəy Rəfibəyli küçəsində qeydə alınıb.
Qəza zamanı sürücü, 2005-ci il təvəllüdlü Nüman Əlizadə və piyada, 2008-ci il təvəllüdlü Nazlı İbrahimova ölüblər. Hadisə zamanı 2003-cü il təvəllüdlü Cavid Kazımov, 2004-cü il təvəllüdlü Elcan Əliyev və onun həmyaşıdı İlkin Bayramov xəsarət alıblar. Faktla bağlı araşdırmalara başlanılıb.
Eləcə də oxuyun:
* Gəncədə ağır yol qəzası: ölənlər və xəsarət alanlar var
* Gəncə sakinləri Goranboyda qəzaya düşdülər, bir ailənin 3 üzvü xəsarət alıb