DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Keçmiş Nobel laureatı 102 il müddətinə həbs edilə bilər

Beş il hökumətə rəhbərlik edən keçmiş müşavir korrupsiya, maliyyə fırıldaqçılığı kimi cinayətlərdə də ittiham olunur.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Myanmanın keçmiş dövlət müşaviri Aunq San Su Kyi 4 il müddətinə azadlıqdan məhrum edilib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, keçmiş müşavir ötən həftənin bazar ertəsi COVİD-19-a görə tətbiq edilmiş məhdudiyyətlərə qarşı keçirilən etirazları qızışdırmaqda ittiham edilir.
Aunq San Su Kyinin liderlik etdiyi milli liqa 2015-ci ildə keçirilən parlament seçkilərində qələbə qazanmışdı. Beş il hökumətə rəhbərlik edən keçmiş müşavir korrupsiya, maliyyə fırıldaqçılığı kimi cinayətlərdə də ittiham olunur. Əgər bu iddialar təsdiqlənərsə, keçmiş müşaviri 102 ilə qədər həbs həyatı gözləyir.
Qeyd edək ki, bu il fevralın 1-də Myanmada hərbi çevriliş olub. Ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edilib. Myanma Prezidenti Vin Mina və dövlət müşaviri Aunq San Su Kyi də daxil olmaqla müxtəlif mülki vəzifəli şəxslər həbs edilib. Myanmanın keçmiş dövlət müşaviri Aunq San Su Kyi 1991-ci ildə Nobel sülh mükafatına layiq görülüb.
Bazar günü Myanmanın Yanqon şəhərində hərbi xunta əleyhinə keçirilən etirazlar zorakılıqla dağıdılıb. Sİlahlı təhlükəsizlik qüvvələri 5 etirazçını öldürüb.