BAKI, 4 dekabr - Sputnik. İlin sonuncu Günəş tutulması başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, saat 09:29:16-da başlayan tutulma hadisəsi 13:37:26-da sona çatıb.
N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu, tam Günəş tutulmasıdır. Tutulmanın maksimumu 11:34:38-də olub. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edib. Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunub.
***
İlin sonuncu Günəş tutulması başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Saat 09:29:16-da başlayan tutulma hadisəsi 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu, tam Günəş tutulmasıdır.
Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək.
Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
Qeyd edək ki, ilin ilk Günəş tutulması iyunun 10-da olub.
Həmçinin oxuyun: