"Otuz il ərzində ermənilər bu torpaqlarda inanılmaz vəhşiliklər törədiblər, mən bunun şahidi ola bildim. Orada demək olar ki, hər şey dağıdılmışdı, qəbiristanlıqlar, məscidlər, Pənahəli xan dövrünə aid abidələr belə dağım-dağım idi. Bu vandalizm, vəhşilik idi. Orada salamat bir abidə görmək mümkünsüz idi. Demək olar ki, onlar bu illər ərzində orada hər bir şeyi - qəsrləri, böyük tarixi olan abidələri dağıtmışdılar. Bu dağıntılarla yanaşı həmçinin yenidənqurma işlərinin, dəyişikliklərin də şahidi oldum, Füzuli Beynəlxalq Hava Limanında oldum. Həmin ərazilərdə yenidənqurma və restavrasiya işləri gedir".
"Şuşanın nə qədər zəngin incəsənətə, zəngin tarixə malik olduğu haqda əvvəllər də oxumuşdum. Bura həqiqətən də Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşa çox qəribə və füsunkardır. Hər yer çən, duman olduğundan bəzən heç ətrafı da görmək mümkün deyildi. Orada şeh çox olurdu, əvvəl elə bilirdim ki, yağış yağıb, sonradan gördüm ki, yox, bu şehdir, hər yeri bürüyüb".