CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elçin Quliyev helikopter qəzasında yaralanan hərbçilərə baş çəkdi

Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub.
Sputnik
BAKI, 3 dekabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğluna və kapitan Ədilov Ramin Ramiz oğluna baş çəkib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
General-polkovnik Elçin Quliyev hərbi qulluqçularla söhbət edib, səhhətlərinin vəziyyəti ilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb.
Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildirilib.
Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olublar:
1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. Ehtiyatda olan polkovnik Nəbiyev Elçin Fikrət oğlu.
Allah rəhmət eləsin!
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
Eləcə də oxuyun:
* DSX rəisi helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət edib
* "Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım" - Övladını təkbaşına böyütmüş ana
* İki dost, iki şəhid və iki dərdli ata: "Səbr eləmək olmur, amma nə etməli?"
* İranlı generallar Azərbaycana başsağlığı verdilər