BAKI, 2 dekabr — Sputnik. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçular - polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.
Elçin Quliyev həlak olan hərbi qulluqçuların məzarlarını ziyarət edib
© Photo : State Border Service of Azerbaijan Republic
Bu barədə Sputnik Azərbaycan-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər.
Elçin Quliyev həlak olan hərbi qulluqçuların məzarlarını ziyarət edib
© Photo : State Border Service of Azerbaijan Republic
Hərbi qulluqçuların ailələrinə baş çəkilib və başsağlığı verilib.