"Növbəti ildən ölkələrin yeni ştamma uyğun verəcəkləri qərarlar qiymətlərə təsir göstərə bilər. Artıq Yaponiya və İsrail iki həftəlik sərhədlərini bağladıqlarını açıqlayıblar, eyni zamanda ABŞ bir sıra ölkələrlə uçuşları dayandırıb. Yüksək inkişaf etmiş ölkələr, xüsusən neftə yüksək tələbat olan ölkələr sərhədlərin bağlanması ilə bağlı qərarlar qəbul edərsə, o zaman neftin dünya bazarındakı qiymətlərində kəskin ucuzlaşmalar müşahidə edə bilərik və neftin bir barelinin qiyməti 50 dolların altına da düşə bilər".
"Qlobal miqyasda panika formalaşdırılır. Bu da təbii olaraq iqtisadi proseslərə təsir göstərməkdədir. Amma bununla belə, hesab edirəm ki, tam şəkildə qapanmalara getmək çətin olacaq. Çünki qapanmalar həm sosial, həm də iqtisadi baxımdan çox ciddi proseslərə səbəb ola bilər".