SƏHİYYƏ

"Omikron"un yaşı iyirmi gündən çoxdur

Bir sıra ölkələr Afrikanın səkkiz ölkəsi, o cümlədən CAR-la aviasiya əlaqəsini məhdudlaşdırıb.
Sputnik
BAKI, 1 dekabr - Sputnik. Cənubi Afrika Respublikasının Milli İnfeksion Xəstəliklər İnstitutu hesabatında qeyd edib ki, ölkədə koronavirusun "omikron" ştammı ilk dəfə noyabrın 8-də aşkarlanıb.
"Yeni B.1.1.529 - "omikron" ştammı narahatlıq doğuran variant adlandırılır. Onun CAR-da ilk dəfə aşkarlanması noyabrın 8-nə təsadüf edir. Bu, Qautenq əyalətində olub", - hesabatda deyilir.
Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb. Bu gün isə həmin ştammın artıq 23 ölkədə yayıldığı təsdiq edilib.
"ÜST-ün beş bölgəsindəki ən azı 23 ölkə yeni ştammın aşkar olunduğu barədə məlumat verib. Təxmin edirik ki, bu say artacaq", - ÜST rəhbəri Tedros Adhanom Gebreyesus brifinqdə söyləyib.
Bir sıra ölkələr Afrikanın səkkiz ölkəsi, o cümlədən CAR-la aviasiya əlaqəsini məhdudlaşdırıb.
Gebreyesusun fövqəladə hallara hazırlıq üzrə müavini Juad Macur isə uçuşlara qadağa qoyulmasının virusun yeni ştammının yayılmasına əngəl olmayacağını deyib.
Azərbaycan Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a bildiriblər ki, yeni ştammla əlaqədar hələ ki, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş qaydalarına dəyişiklik edilməyib.
Eləcə də oxuyun:
* Yeni ştamma görə hansı ölkədən Azərbaycana giriş məhdudlaşdırıla bilər?
* Otuz mindən çox adama COVID vaksini vurulmayacaq
* TƏBİB-dən koronavirusla bağlı hamilə qadınlara xəbərdarlıq!
* Azərbaycanda koronavirus: yoluxma sayında artım var, 31 nəfər vəfat edib
* Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi
* Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir