İDMAN

Gənclər və İdman Nazirliyində üç yeni təyinat olub

Sputnik
BAKI, 1 dekabr — Sputnik. Gənclər və İdman Nazirliyində yeni təyinatlar olub.
Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı nazir Fərid Qayıbov əmr imzalayıb.
Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinin icrası Fuad Babayevə həvalə edilib.
Elmir Mehdiyev Əsaslı tikinti və nəqliyyat sektorunun müdiri, Qabil Mehdiyev isə Mətbuat xidmətinin rəhbəri vəzifələrinə təyin ediliblər.