BAKI, 1 dekabr — Sputnik. Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan arasında görüş baş tutacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi yayıb.
Məlumatda bildirilir ki, Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti 1-3 dekabr tarixlərində Moskvada ezamiyyətdə olacaq.
Xatırladaq ki, noyabrın 5-də Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun növbəti görüşü keçirilmişdi.
Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri birgə bəyanat çərçivəsində görülən işlər müzakirə olunub.
Eləcə də oxuyun:
* MDB iclasında qalmaqal – Əli Əsədov Paşinyanın müavinini susdurdu