RUSİYA

Rusiya prezidenti hipersəs silahlarını niyə yaratdıqlarını açıqladı

Rusiya Prezidenti qeyd edib ki, Polşa və Ruminiyada Raket əleyhinə müdafiə sistemləri yerləşdirilib və bu, onun ölkəsi üçün təhdiddir.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Rusiya hipersəs sürətinə malik silahı NATO-nun Moskvaya təhdid yaradan addımlarına cavab olaraq yaratdı. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya çağırır!" investisiya forumunda çıxışı zamanı bildirib.
"Məsələ o yerə çatdı ki, Polşa və Ruminiyada Raket əleyhinə müdafiə sistemləri yerləşdirildi. Onların buraxılış sistemi "Mk-41"-ə zərbə sistemləri olan "Tomhawk"lar da yerləşdirilə bilər. Axı bu bizim üçün təhdid yaradır. Bu ki aydın faktdır.
Bunu etməməyə dair fikir və xahişlərimizə baxmayaraq, nə oldu? İndi gördüyümüz şey. Buna cavab olaraq biz məcbur olduq, bir daha vurğulamaq istəyirəm məcbur olduq ki, hipersəs silahlarını hazırlayaq", - deyə Putin bildirib.
Həmçinin oxuyun:
Putin ilk dəfə açıqladı – Rusiya NATO təlimlərindən narahatdır