AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qazaxıstan səfirliyi Azərbaycanın kədərinə şərik çıxdı

Qazaxıstanın səfirliyi Xızı rayonunda Azərbaycanın Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verir.
Sputnik
BAKI, 30 noyabr - Sputnik. Qazaxıstanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, başsağlığının mətni Qazaxıstanın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində yer alıb:

"Qazaxıstanın səfirliyi Xızı rayonunda Azərbaycanın Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların faciəvi şəkildə həlak olması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına başsağlığı verir. Xəsarət alanlara tezliklə şəfa tapmasını arzu edirik”.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Həmçinin oxuyun:
İran helikopter qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verdi
DSX helikopterinin qəzaya uğraması zamanı ölən və yaralananların sayı bəlli oldu - SİYAHI
Prezident İlham Əliyev helikopter qəzası ilə bağlı başsağlığı verib
On dörd nəfərin ölümünə səbəb olan helikopter qəzası ilə bağlı cinayət işi açıldı