BAKI, 30 noyabr — Sputnik. Aşqabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı Azərbaycan üçün siyasi və iqtisadi baxımdan əlamətdar hadisələrlə yadda qaldı. İƏT-ə üzv ölkələr Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən dolayı ölkəmizə təbrik ünvanladılar. Bu təbrikə qoşulanlar içində həm də Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının üzvləri də vardı. Ekspertlər KTMT üzlərinin davamlı şəkildə Azərbyacana qarşı dəstək ifadə etməsini Ermənistana vurulan daha bir sarsıdıcı zərbə kimi qiymətləndirirlər.
Sputnik Azərbaycan KTMT-yə üzv ölkələrin Azərbaycana bu münasibətilə bağlı politoloq
Mübariz Əhmədoğlunun və
Fərhad Məmmədovun fikirlərini öyrənib.
Politoloq Mübariz Əhmədoğlu bildirib ki, biz KTMT üzvlərinin Azərbaycana dəstəyini tək Aşqabaddakı toplantı ilə məhdudlaşdıra bilmərik, dəstəyi başqa platformalarda da daimə müşahidə edirik. O deyib ki, İƏT-ə üzv olmayan, KTMT üzvü Belarusun prezidenti Aleksandr Lukaşenko da Soçi görüşündən sonra Azərbaycan prezidenti ilə danışığında bir daha öz dəstəyini ifadə etdi:
Politoloqun fikrincə, Azərbaycan və Rusiya liderlərinin mətbuat konfransındakı çıxışları da iki ölkənin münasibətlərinin strateji müttəfiqlik xarakterindən daha artıq olmasını bir daha ortaya qoyur:
"Biz KTMT üzvlərinin Azərbaycana olan münasibətini təqdir edirik və bunun əhəmiyyətini də anlayırıq. Ermənistan KTMT-yə üzv olan dövlətlərin dəstəyini dini və etnik amillərlə əlaqələndirməyə çalışa bilər, amma bəs Belarusun dəstəyi?! Lukaşenko da müsəlmandır?! Bu, Azərbaycan hökumətinin uğurlu xarici siyasətinin nəticəsi kimi dəyərləndirilməlidir. Biz Soçi görüşündə gördük ki, Azərbaycan-Rusiya münasibətləri yeni keyfiyyət mərhələsindədir".
Politoloq Fərhad Məmmədov da KTMT üzvlərində gələn dəstəyə fikirlərini ifadə edib. Onun sözlərinə görə, Ermənistandan başqa bütün KTMT üzvləri Azərbaycanın real gücün və qələbəsini qəbul edir:
"KTMT üzvlərinin Azərbaycana dəstək ifadə etməsi həm də Azərbaycan prezidentinin şəxsi nüfuzunun göstəricisidir" deyən, politoloq qeyd edib ki, bu dəstək tək Aşqabadda ifadə olunmayıb:
"Biz başqa beynəlxalq təşkilatlarda da üzv dövlətlərin Azərbaycana ardıcıl dəstəyini görürük. KTMT üzvləri Azərbaycan dəstək ifadə etməklə Ermənistanı reallıqla barışmağa sövq edirlər. Bunlar Ermənistan siyasi dairələri və cəmiyyəti üçün çox ciddi siqnallardır".
Politoloq:
Soçi görüşündə diqqət çəkən məqam - status məsələsi artıq yoxdur