BAKI, 30 noyabr — Sputnik. Bu gün şagirdlər məktəbdə 17 fənn öyrənirlər. Narkomaniya ilə bağlı yeni fənnin salınması isə məqsədəuyğun deyil.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, son illərdə məktəblərdə reproduktiv sağlamlıqla bağlı təlimlər keçirilir: “Həyat bilgisi dərsliyinə narkomaniya ilə mübarizə məsələlərini də daxil etməyi düşünürük. Bütün ölkə üzrə yaradıcılıq məktəblərinin genişləndirilməsi prioritet olmalıdır. Peşə təmayüllü siniflər açılır. Narkomaniya təhlükəsi çox olan rayonlarda bu siniflərin sayı daha da artırılır".
V.Yaqublu deyib ki, bu gün ölkədə çarəsizlik sindromu baş alıb gedir: “Bunun səbəbi də odur ki, insanlar özlərinə iş tapa bilmirlər. Bu səbəbdən də biz uşaqlara öz kiçik biznesini qurmaq, öz maddiyyatını idarə etmək üçün təlimlər keçirik”.
Eləcə də oxuyun:
* Azərbaycanda nə qədər narkoman var? DİN rəsmi rəqəmləri açıqladı
* Cinayətkar balalar: Niyə məşhurlar cəmiyyətə normal övlad bəxş edə bilmirlər?
* Narkomanların atdığı körpələr - Kiçik bir sığınacaqda belələri üstünlük təşkil edir