SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərar dekabrın 7-də açıqlanacaq

Sputnik
BAKI, 30 noyabr — Sputnik. BMT-nın Haaqada yerləşən məhkəməsi Azərbaycanın "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı iddiası ilə bağlı qərarı dekabrın 7-də çıxaracaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Report-a Beynəlxalq Ədalət Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsinin sədri, hakim Coan Donohyu məhkəmə qərarını açıq iclas zamanı açıqlayacaq.
COVID-19 pandemiyası ilə əlaqədar məhkəmə zalında yalnız məhkəmə üzvləri və tərəflərin nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, bu il oktyabr ayında Azərbaycan Respublikasının "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilib. İclasda Azərbaycan tərəfini təmsil edən xarici işlər nazirinin müavini Elnur Məmmədov məhkəməni Ermənistana qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə çağırıb.
Eləcə də oxuyun:
* Fransanın mövqeyi Azərbaycan cəmiyyətində və hökumətində haqlı suallara səbəb olub
* Azərbaycanın beynəlxalq məhkəmələrdən gözləntiləri: haqq-ədalət yerini tapacaqmı?
* XİN Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb