"Bu ştammın əsas xüsusiyyəti əvvəlki mutant ştamlarla müqayisədə yenə yoluxduruculuq qabiliyyətinin artmasıdır. Hətta "Delta" ştammından daha çox yoluxduruculuğa malikdir. "Delta" ştammı haqqında danışanda deyirdik ki, ikiqat mutasiyaya uğrayıb, həm yoluxduruculuq qabiliyyəti, həm də orqanizmdə COVID-19 virusuna qarşı əmələ gəlmiş anticismlərə bir qədər rezistentlik qazanıb. Həmin xüsusiyyətləri "Omicron" ştammında da görmək olar. Mütəxəssislər bu ştammın xarici zülalında 32 mutasiya aşkar ediblər, yəni 32 mutasiya bu virusa xüsusiyyətlər verib".
"Bu ştamm Cənubi Afrikadan yayılmağa başlayıb. Bir çox ölkə, o cümlədən Avropa ölkələri, ABŞ Cənubi Afrika ölkələrindən gələnlərin girişinə məhdudiyyət qoyub. Buna baxmayaraq, dünən Almaniyada "Omicron" ştammı aşkarlanıb".