BAKI, 29 noyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken Stokholmda ATƏT-in XİN rəhbərləri Şurasının iclası zamanı görüşə bilərlər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Bəli, hesab edirəm ki, görüş baş tutacaq, biz hazırda qrafiki razılaşdırırıq", - deyə Ryabkov jurnalistlərə bildirib.
Qeyd edək ki, 2-3 dekabr tarixlərində Stokholmda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Həmçinin oxuyun:
Kreml Putinlə Baydenin görüşünün cari ildə baş tutacağına ümid edir