BAKI, 29 noyabr — Sputnik. Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın həbs müddəti daha iki ay uzadılıb.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə sabiq nazirin vəkili Sergey Ovannisyan məlumat verib.
Onun sözlərinə görə, məhkəmə David Tonoyanın həbsi ilə bağlı məsələyə üç gün ərzində baxıb. Bu barədə qərar isə noyabrın 27-də dərc olunub.
Qeyd edək ki, 2018-2020-ci illərdə müdafiə naziri postunu tutan David Tonoyan sentyabrın 30-da istifadəyə yararsız aviasiya raketlərinin alınması ilə bağlı açılmış cinayət işi çərçivəsində Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, təxminən 4,7 milyon dollar vəsaiti mənimsəməkdə və saxtakarlıqda ittiham olunur.
Həmin ittiham üzrə iş adamı David Qalstyan da həbs olunub.
Həmçinin oxuyun: