BAKI, 28 noyabr - Sputnik. Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları davam edir. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, turnirdə 11-12 yaş kateqoriyasında batut gimnastikası yarışlarında qızların mübarizəsində finalçılar bəlli olub.
Medallar uğrunda rusiyalı Darya Morozova, Arina Şarifullina, Yelizaveta Nikoloyeva, Bolqarıstan təmsilçiləri Radost Peeva, Maqdalena Kisyeva, italiyalı Letisiya Radaelli, Belarus gimnası Anna Muzka və Yaponiya atleti Yuri Çiyenobu yarışacaqlar.
Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.
Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır.