İDMAN

"Bakı kəndi" "Gənclər şəhəri"nə qalib gəldi

Tura noyabrın 27-də start verilib. "Sabah" "Keşlə"ni 2:1, "Neftçi" "Səbail"i 1:0 hesabı ilə yenib. Son qarşılaşma noyabrın 29-da "Qəbələ" və "Qarabağ" komandaları arasında olacaq.
Sputnik
BAKI, 28 noyabr - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu keçirilib. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Zirə"ni qəbul edib.
FIFA referisi Rauf Cabbarovun idarə etdiyi qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Hesabı 14-cü dəqiqədə Təmkin Xəlilzadə açıb. O, Höccət Haqverdinin Loris Bronyoya qarşı kobud oyununa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib.
30-cu dəqiqədə Qismət Alıyev çempionatın 8 qolla ən yaxşı bombardiri Davit Volkovun ötürməsini qola çevirib.
79-cu dəqiqədə isə Coşqun Diniyev uzaqdan dəqiq zərbə ilə matçda son nöqtəni qoyub.
Bu qələbə sayəsində xalını 22-yə çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. "Sumqayıt" isə 11 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, tura noyabrın 27-də start verilib. "Sabah" "Keşlə"ni 2:1, "Neftçi" "Səbail"i 1:0 hesabı ilə yenib. Son qarşılaşma noyabrın 29-da "Qəbələ" və "Qarabağ" komandaları arasında olacaq.