CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəriman Nərimanovu Şəkiyə gətirən fayton muzeydə

Şəkiyə 1920-ci ilin oktyabr ayında gələn Nərimanov savadsızlığın aradan qaldırılması məqsədilə müxtəlif yerlərdə təbliğatlar aparırdı.
Sputnik
BAKI, 27 noyabr — Sputnik. Bir əsr əvvəl Nəriman Nərimanovu Şəkiyə gətirən fayton hələ də orada qorunub saxlanır. Fayton hazırda Şəki Tarix Diyarşünaslıq Muzeyindədir. Muzeyin direktoru Aybəniz Qafarova Sputnik Azərbaycan-a bildirib ki, muzeydə 5 minə yaxın eksponat var ki, onlardan biri əsrdən artıq yaşı olan, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri Nərimanov Nərimanovu Şəkiyə gətirən faytondur.
1 / 4
Nəriman Nərimanovun faytonu
2 / 4
Nəriman Nərimanovun faytonu
3 / 4
Nəriman Nərimanovun faytonu
4 / 4
Nəriman Nərimanovun faytonu

"Nəriman Nərimanov savadsızlığın aradan qaldırılması məqsədilə müxtəlif yerlərdə təbliğatlar aparırdı. 1920-ci ilin oktyabr ayında da bu məqsədlə Şəkiyə gəlib. Şəkiyə isə Yevlaxdan bu faytonla səfər edib. Şəki Cümə məscidində də ictimai təbliğat aparıb", – deyə A.Qafarova əlavə edib.

Görkəmli dövlət xadimi Nəriman Nərimanov Şəkiyə səfəri barədə xatirələrini də bölüşüb. Xatirələri isə özünün kitabında qeyd edib.
Nəriman Nərimanov
"Nəriman Nərimanov öz xatirələrində bildirib ki, Şəkiyə onu Abdulkərim adlı kişi gətirib. O yazır ki, məni faytonla şəkili Abdulkərim gətirdi. Onun şirin Şəki ləhcəsi ilə danışığı lətifələri elə ürəkaçan oldu ki, biz 6 saatlıq yolu sanki 6 dəqiqəyə gəldik", – deyə A.Qafarova əlavə edib.
Faytonu da sonradan muzeyə Abdulkərim adlı həmin Şəki sakini təhvil verib. Hazırda bu fayton muzeyin ən qiymətli eksponatları sırasında sərgilənir.