VİDEO

Nardança: Nar mürəbbəsi necə hazırlanır?

Nardan bir çox məhsullar hazırlanır ki, onlardan biri də nar mürəbbəsidir. Ətraflı Sputnik Azərbaycan-ın videosunda.
Sputnik
El arasında "nardança" adlanan nar mürəbbəsini hazırlamaq üçün narın “Gülövşə” növündən istifadə edilir. Göyçayın bir çox kəndlərində bütün evlərdə narşərab hazırlansa da, nardançanı hər kəs bişirə bilmir.
Narın növünə, dənələrinin iriliyi və xırdalığına, şəkər tozunun miqdarına görə mürəbbənin rəngi, dadı və qoxusu dəyişə bilər.
Nar mürəbbəsi çayla, plovla, çörəklə və digər təamlarla yeyilə bilər. Mürəbbə narın digər məhsulları kimi yerli və paytaxt bazarlarına çıxarılmasa da, kifayət qədər alıcısı olur.