SƏHİYYƏ

Hemodializ xəstələri arasında ölüm sayı artıb - maraqlı səbəb

Hazırda Azərbaycanda 2 yaşında da dializ xəstəsi var.
Sputnik
BAKI, 27 noyabr — Sputnik. Azərbaycanda hemodializ xəstələri arasında ölüm sayı artıb. Bu məlumatı Sputnik Azərbaycan-a M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri, tibb elmləri doktoru İlham Həmidov verib. O bildirib ki, hazırda hemodializ xəstələri arasında ölüm 15 faiz təşkil edir.
Onun sözlərinə görə, bunun səbəbi böyrək çatışmazlığından əziyyət çəkənlərin sayının artması ilə bağlı deyil: "Əvvəllər 65 yaşa qədər xəstələr dializə götürülürdüsə, hazırda yaş məhdudiyyəti yoxdur. Həmçinin hazırda onkoloji xəstələr belə dializə qoşulur. Bu isə hemodializ xəstələri arasında ölüm sayının artmasına səbəb olur".
İ.Həmidov həmçinin qeyd edib ki, ölkəmizdə uşaqlar üçün dializ mərkəzi olmasa da, hemodializ müalicəsi alan uşaqlar var. Onun sözlərinə görə, hazırda Azərbaycanda 2 yaşında da dializ xəstəsi var.
Eləcə də oxuyun:
* Böyrək köçürülməsi üçün növbədə olanlar donor tapa bilmirlər, qanunlar isə işləmir
* Koronavirus böyrəkləri necə zədələyir
* "Böyrək xəstəliyi olanlar vaksin oluna bilərmi?" sualına aydınlıq gətirildi
* Səhv düşəndə yerimiz - Dializ xəstələrinin əlilliyi niyə ləğv edilib?