BAKI, 27 noyabr — Sputnik. Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunda iki oyun keçirilib.
"Sabah" "Keşlə"yə, "Neftçi" "Səbail"ə qalib gəlib.
Sonuncuların oyununda "neftçilər"in bir üzvünün barmaqları sınıb. “Neftçi”nin baş məşqçisi Samir Abasov matçdan sonra seneqallı oyunçunun zədələndiyini söyləyib: “Mbodjun iki barmağı qırılıb. Onu xəstəxanaya göndərdik. Durumunun necə olacağını müayinədən sonra biləcəyik”.
İlk oyun günündəki nəticələrə görə, turnir cədvəlində "Qarabağ" 26 xalla birinci, "Qəbələ" 21 xalla ikinci, "Neftçi" 20 xalla üçüncü pillədədir. "Sabah" 14 xalla 5-ci, "Keşlə" 10 xalla 7-ci, "Səbail" isə 9 xalla 8-ci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XII tur
27 noyabr (şənbə)
15:00. “Sabah” – “Keşlə” - 2:1
Qollar: Amin Seydiyev, 4, Aleksey İsayev, 12 - Sadio Tounkara, 49
Baş hakim: Rəşad Əhmədov
XII tur
27 noyabr (şənbə)
15:00. “Sabah” – “Keşlə” - 2:1
Qollar: Amin Seydiyev, 4, Aleksey İsayev, 12 - Sadio Tounkara, 49
Baş hakim: Rəşad Əhmədov
“Bank Respublika Arena”.
18:15. “Neftçi” – “Səbail” - 1:0
Qol: Vüsal Əsgərov, 52
Baş hakim: Elçin Məsiyev
Qol: Vüsal Əsgərov, 52
Baş hakim: Elçin Məsiyev
“Bakcell Arena”.
----------
16:41
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XII turuna start verilib.
Sputnik Azərbaycan xəbər verir ki, turun ilk oyun günündə 11 xalla beşinci pillədə yer alan "Sabah" və 10 xalla 7-ci sırada qərarlaşan "Keşlə" komandaları üz-üzə gəliblər. Masazırdakı "Bank Respublika Arena"da 15:00-da başlamış matçı Rəşad Əhmədov idarə edir.
Hazırda "Sabah" 2:1 hesabı ilə irəlidədir.
İki kollektiv indiyədək ölkə çempionatında 11 dəfə qarşılaşıb. Bu görüşlərin birində meydan sahibləri, beşində qonaqlar qələbə qazanıblar. Beş qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqi də Sənan Qurbanovun baş məşqçi olduğu komandanın xeyrinədir - 14:6. "Keşlə" son on oyunda məğlub olmayıb. "Sabah" isə evdə qalib gəlməyib.
Günün ikinci oyununda "Bakcell Arena"da "Neftçi" və "Səbail" klubları münasibətlərinə aydınlıq gətirəcəklər. FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi görüş saat 18:15-də start götürəcək.
Ardıcıl üç turda məğlub olan flaqman hazırda 17 xalla turnir cədvəlində dördüncü pillədə yer alıb. Doqquz xalı olan "dənizçilər" isə sonuncu – səkkizinci yerdə qərarlaşıblar.
Komandalar bu vaxtadək Premyer Liqada 16 dəfə qarşılaşıblar. "Neftçi" bu oyunların 11-də "Səbail" isə iki dəfə qələbə qazanıb. Üç qarşılaşmada heç-heçə qeydə alınıb. Meydan sahiblərinin vurduğu 37 qola qonaqlar 11 topla cavab veriblər. Bu komandalar arasındakı görüşlərdə ardıcıl beş oyunda qələbə qazanan "Neftçi" son dörd matçın hərəsində dörd qol vurulub.
Tura noyabrın 28-də oynanılacaq "Sumqayıt" – "Zirə" və noyabrın 29-da keçiriləcək "Qəbələ" - "Qarabağ" görüşləri ilə yekun vurulacaq.
Qeyd edək ki, 11 turdan sonra turnir cədvəlinə 26 xalla "Qarabağ" klubu başçılıq edir. Aktivində 21 xal olan "Qəbələ" ikinci, 19 xal toplayan "Zirə" isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Neftçi" (17), "Sabah" (11), "Sumqayıt" (11), "Keşlə" (10) və "Səbail" (9) klubları yer alıblar.