SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BMT baş katibi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünü dəyərləndirib

BMT-nin baş katibi Bakı və Yerevanı ziddiyətləri bütün formatlarda, o cümlədən ATƏT-in Minsk qrupunun rəhbərliyi ilə dialoq yolu ilə həll etməyə səsləyib.
Sputnik
BAKI, 27 noyabr — Sputnik. BMT baş katibi Antoniu Quterreş noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin Nikol Paşinyanın danışıqlarını alqışlayıb, Moskvanın vasitəçilik rolunu qeyd edib.
Sputnik Azərbaycan bildirir ki, bunu baş katibin rəsmi nümayəndəsi Fərhan Hak söyləyib.
"Baş katib Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında keçirilmiş üçtərəfli görüşü alqışlayır və onların birgə üçtərəfli bəyanatını diqqətə alır. O, kontakt və dialoqun davam etdirilməsində Rusiya Federasiyasının rolunu məmnunluqla qeyd edib", - Hak bildirib.
Fərhan Hak əlavə edib ki, BMT-nin baş katibi Bakı və Yerevanı ziddiyətləri bütün formatlarda, o cümlədən ATƏT-in Minsk qrupunun rəhbərliyi ilə dialoq yolu ilə həll etməyə səsləyib.
"Baş katib BMT-nin dayanıqlı sülhün yalnız dialoq yolu ilə əldə olunması barədə prinsipial mövqeyini bir daha təsdiqləyib, təkidlə tərəfləri qalan həll edilməmiş məsələləri bütün əlçatan formatlarda, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında yoluna qoymağa çağırıb", - sözçü vurğulayıb.
"BMT bu cəhdləri, o cümlədən yerlərdə bərpa və sülh quruculuğuna kömək, humanitar yardım göstərilməsi yolu ilə dəstəkləməyə hazırdır", - Hak deyib.
Eləcə də oxuyun:
* Türkiyədən Soçi görüşünə reaksiya
* Əliyev Lukaşenko ilə Soçi görüşünü müzakirə etdi
* Bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib - XİN
* İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin birgə bəyanatı
* Prezident: Üçtərəfli Bəyanatdan sonrakı bir ili bütövlükdə müsbət səciyyələndirə bilərik
* Çavuşoğlu Bayramovla müzakirələr aparıb