SƏHİYYƏ

ÜST təcili iclas çağırır: COVID-in yeni ştammına görə

London Universitet Kollecinin genetiki Fransua Ballu qeyd edib ki, yeni ştamm, çox güman ki, anticisimlərdən "delta"dan da yaxşı yayınacaq.
Sputnik
BAKI, 26 noyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı cümə günü təcili iclas keçirəcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat yayan CNBC təşkilatın yeni təhlükəli ştamma görə vəziyyəti müzakirə edəcəyini xəbər verib.
ÜST-dən bildiriblər ki, yeni mutasiyanı müşahidə edirlər. Mütəxəssislər iclasda vaksinasiyanın yeni ştammdan nə dərəcədə qoruduğu, eləcə də xəstəliyin müalicəsi barədə fikir yürüdəcəklər.
"Hələlik bu barədə çox az şey bilirik. Dəqiq bildiyimiz odur ki, bu variantın çoxlu sayda mutasiyası var. Narahatlıq da elə bundan doğur - mutasiyanın çoxluğu virusun davranışına təsir edir", - ÜST-ün COVID-19 üzrə texniki rəhbəri Mariya Kerkhove deyib.
CAR-ın "eNCA" telekanalının məlumatına görə, Cənubi Afrikada, Botsvana və Honkonqda "delta" da daxil olmaqla, COVID-19-un bütün digər variantlarından daha təhlükəli olmaq potensialına malik B.1.1.529 koronavirus ştammı aşkar edilib.
London Universitet Kollecinin genetiki Fransua Ballu qeyd edib ki, yeni ştamm, çox güman ki, anticisimlərdən "delta"dan da yaxşı yayınacaq. Mutasiyanın belə "partlayışı" onun zəif immunitetli, məsələn, HİV, yaxud QİÇS xəstəliyi olan insanda yarandığını ehtimal etməyə əsas verir.
Eləcə də oxuyun:
* Koronavirusun "potensial olaraq ən təhlükəli" ştammı aşkar edilib
* COVID-19 beyin hüceyrələrini zədələmir
* ÜST-ün bölgə rəhbəri hiddətləndi: Bir il əvvəl nə baş verdiyini unutmağa başlayıblar
* Ginsburq nazal peyvəndin xüsusiyyətlərini açıqladı