BAKI, 26 noyabr - Sputnik. Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün Soçidə Putinin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin hərbi əməliyyatların dayandırılmasına və atəşkəsə dair razılığın imzalanmasının bir illiyinə həsr olunan görüşü reallaşacaq.
Kremlin mətbuat xidmətindən bildirilib ki, görüşdə tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər.
Eyni zamanda, regionda sabitliyin möhkəmlənməsi üçün növbəti addımlar da müzakirəyə çıxarılacaq. Tərəflər həmçinin regionda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına da xüsusi diqqət yetirəcəklər.

V.Putinin N.Paşinyanla da təkbətək görüşəcəyi bildirilir.