RUSİYA

Rusiyada üçgünlük matəm elan edildi: Əli Əsədov Mixail Mişustinə başsağlığı verib

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Sputnik
BAKI, 26 noyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş nazir Kemerovo vilayətində "Listvyajnaya" kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.
Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Qeyd edək ki, Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” daş kömür şaxtasında baş verən qəza nəticəsində ölənlərin xatirəsinə noyabrın 26-28-də matəm elan edilib.
RİA Novosti-nin bu barədə məlumatında bildirilir ki, Kemerovo vilayətinin Belovo rayonunda “Listvyajnaya” şaxtasında baş verən qəza nəticəsində ilkin məlumata görə 49-u mədən işçisi, 3-ü xilasedici olmaqla 51 nəfər ölüb, 63 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 285 nəfər olub.
Rusiya Föqəladə hallar naziri vəzifəsini müvəqqəti icra edən Aleksandr Çupriyan yaralıların yerləşdiyi xəstəxanaya baş çəkib.